Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katib Antoniu Quterreş İsrail-Fələstin probleminin iki dövlətli həllini dəstəkləməyə davam edəcək.

Bunu Baş katibin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

Sözçü Norveç, İrlandiya və İspaniyanın Fələstini suveren ölkə kimi tanıyacaqları ilə bağlı bəyanatlarını dəyərləndirib.

S.Dujarrik, bu qərarın suveren ölkələr tərəfindən alındığına diqqət çəkib və BMT-nin tərəflərin bölgədə atəşkəsə nail olması üçün çağırışları davam etdirdiyini bildirib: “Bu yolla bölgəyə humanitar yardım göstərə, məhbuslar azadlığa çıxa və siyasi müzakirələr davam etdirilə bilər”.

İstinadlar Report