“Norveç hökuməti tropik meşələri xilas etmək üçün İndoneziyaya 100 milyon dollar ayıracaq”.

Bunu Norveçin Baş naziri Yonas Qar Styore Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammiti çərçivəsində İndoneziya Prezidenti Coko Vidodo ilə görüşündə deyib.

“İndoneziyanın meşələrin qırılmasının azaldılmasında əldə etdiyi irəliləyiş aparılan düzgün siyasətin və effektiv iqlim tədbirlərinin nəticəsidir. Ölkə son illərdə meşələrin qırılmasını 90 faiz azaldıb”, – Norveçin Baş naziri bildirib.

İstinadlar Report