Finlandiya Prezidenti Aleksander Stubb, Norveçin Baş naziri Yonas Qar Störe və İsveçin Baş naziri Ulf Kristersson, eləcə də adıçəkilən üç ölkənin müdafiə nazirləri iyunun 20-də Norveçin Budo şəhərində keçiriləcək görüşdə təhlükəsizlik vəziyyəti və Ukraynaya gələcək dəstəyi müzakirə edəcəklər.

Bu barədə TASS məlumat yayıb.

Finlandiya Prezidenti, Norveç ilə İsveçin hökumət başçıları Norveçin “KV Svalbard” sahil mühafizə gəmisinə və silahlı qüvvələrin Reytandakı birgə qərargahında olacaqlar.

İstinadlar Report