
Norveç hökuməti Ukraynaya yardımın 35 milyard krona (3 milyard avro) artırılmasını təsdiqləyib.
Bu barədə hökumətin saytında dərc olunan məlumatda deyilir.
“Dəstək proqramının daha üç il müddətinə uzadılması və gələn il Ukraynaya azı 35 milyard kron ayrılması barədə razılıq əldə olunub”, – press-relizdə deyilir.
Qeyd edilir ki, Kiyevə yardım proqramı 2030-cu ilə qədər uzadılıb.
Bu məbləğin 22,5 milyard kronu hərbi yardıma, qalan 12,5 milyard NOK isə humanitar və mülki yardıma ayrılacaq.