Avtomobilin nömrəsinə müdaxilə edən sürücü cəzalandırılıb.

Baş DYP İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, “Toyota Prius” markalı 77-DC-247 nömrə nişanlı avtomobilin seriyasında C hərfini O edərək cərimələrdən yayınmağa çalışan sürücü müəyyən edilib. Sürücü Bəhruz Məmmədov yol polisi tərəfindən məsuliyyətə cəlb edilib.

DYP-dən bildirilib ki, B.Məmmədov barəsində 050-8000-902 whatsapp nömrəsinə gələn müraciət əsasında tədbir görülüb: “Belə hallara yol verən şəxslər barəsində ciddi tənbeh tədbirləri davam etdiriləcək”.

İstinadlar Qafqazinfo