“Nokia” şirkəti “Nokia 8.3 5G” adlı smartfonunu təqdim edib. Adından məlum olduğu kimi, qurğu beşinci nəsil şəbəkələrində işləyir. Bundan əlavə, ZEISS optikalı 4 kameraya malikdir.

“Nokia 8.3 5G” aparatı FullHD təsvir ölçülü 6,8 düym diaqonala malik ekranla təchiz edilib. Əsas kamera 64 mp, 12 mp, 2 mp və 2 mp-lik (dərinlik və makrokamera datçiki) sensorlardan ibarətdir. Ön kameranın təsvir ölçüsü 24 mp-dir. Qurğu ekşn kamera rejimində video çəkə bilər. Həmçinin film çəkilişi rejimi var: istifadəçi müxtəlif effektlər əlavə edə bilər.

Smartfon “Snapdragon 765G” prosessoru ilə işləyir. Qurğu 4500 milliamper/saat tutumlu akkumulyatora malikdir. “Nokia 8.3 5G” aparatı “Android 10” sisteminin idarəetməsi altında işləyir, amma sonra “Android 11″ə yenilənəcək. Smartfon 8 QB əməli yaddaş və 128 QB daxili yaddaş və 6 QB 64 QB olan versiyalarda əlçatandır.

Emil Hüseynov

İstinadlar ict news