İnternet mənbələrində “HMD Global” şirkətinin buraxmağa hazırlaşdığı “Nokia 8 Pro” smartfonunun əsas texniki xüsusiyyətləri dərc edilib.

Məlumata görə, “Nokia 8 Pro” güclü “Snapdragon 845” prosessoru ilə təchiz olunacaq. Prosessor səkkiz “Kryo 385” hesablama nüvəsindən ibarətdir: onların dördü 2,8, digər dördü isə 1,8 QHs takt tezliyində işləyir. Qrafikanın emalını yüksək məhsuldarlığa malik “Adreno 630” kontrolleri həyata keçirəcək.

Bildirilir ki, smartfon “Wi-Fi 802.11ac” və “Bluetooth 5” simsiz şəbəkələrində işləyəcək. Operativ yaddaş tutumu 6 və ya 8 giqabayta, quraşdırılmış yaddaş isə 64 və ya 128 giqabayta bərabər olacaq.

Bundan başqa, ekranın xarakteristikaları açıqlanıb. Onun ölçüsü diaqonal üzrə 6 düym, təsvir ölçüsü 2160 × 1080 piksel (FHD+ formatı) təşkil edəcək. Beləliklə, tərəflərinin nisbəti 18:9-a bərabər panel tətbiq ediləcək.

Kameralara gəldikdə, arxa hissədə 16 meqapikselli sensorlardan ibarət qoşa blok, ön tərəfdə isə 13 meqapikselli ötürücüyə malik ənənəvi tək modul quraşdırılacaq.

Oxumağa dəyər:   Azərbaycan əhalisinin sayı açıqlandı

Enerjini 4 min milliamper/saat tutumlu akkumulyator batareyası təmin edəcək. Həmçinin “USB Type-C” simmetrik çıxışın quraşdırılacağı qeyd olunur. Bu, “Qi” standartı üzrə simsiz enerjidoldurma funksiyasının dəstəklənəcəyini ehtimal etməyə imkan verir. Yeni qurğuda qulaqcıqlar üçün 3,5 millimetrlik çıxışın quraşdırılması nəzərdə tutulmur.

İstinadlar ict news