Onlayn təqdimat çərçivəsində yeni “Nokia” smartfonları təqdim edilib. Böyükölçülü ekran və tutumlu akkumulyatora malik ucuz “Nokia 2.4” və “Nokia 3.4” modelləri təqdim edilib.

“Nokia 3.4” modeli 6,4 düymlük displeylə təchiz edilib. Smartfon plastik arxa qapaqlı alüminium çərçivəyə salınıb. Arxa tərəfdə əsas kamera modulu və barmaq izləri skaneri yerləşdirilib.

Smartfonda “Google Assistant”ın sürətli işə salınması üçün ayrı bir düymə nəzərdə tutulub. NFC texnologiyasının tətbiqi mağazalarda təmassız ödəniş etməyə imkan verir. “Nokia 3.4” qurğusu “Android 10″un idarəetməsi altında işləyir.

“Nokia 3.4” cihazının texniki xüsusiyyətləri:

Ekran: 6,39 düym, HD+Prosessor: 8 nüvəli “Snapdragon 460″Əməli yaddaş: 3 QBDaşıyıcı: 64 QB, 512 QB-dək “microSD” yaddaş kartı dəstəyiƏsas kamera: 13 mp + 5 Mp + (ultra genişbucaqlı obyektiv) + 2 mp (dərinlik sensoru)Ön kamera: 8 mpAkkumulyator: 4000 milliamper/saat, 10 vatlıq enerjidoldurmaTəhlükəsizlik: arxa tərəfdə barmaq izləri skaneriRabitə: “Dual LTE”, “Wi-Fi 802.11n”, “Bluetooth 4.2” (apX Adaptive), “GPS/AGPS”, “QLONASS”, “BDS”, “Beidou”, “NFC”Konnektorlar: USB Type-C, 3,5 mmƏməliyyat sistemi: Android 10Əlavə: “Google Assistant”ın çağırılması düyməsiÖlçüləri: 160,97 x 75,99 x 8,7 mmÇəki: 180 qr

“Nokia 2.4” modeli 6,5 düymlük ekrana malikdir. Arxa qapaqda ikiqat əsas kamera və barmaq izləri skaneri quraşdırılıb. Smartfonda “Google Assistant”ın işə salınması üçün ayrı bir düymə nəzərdə tutulub.

Ekran: 6,5 düym, 1600×720, 19:9Prosessor: 8 nüvəli “MediaTek Helio P22″Əməli yaddaş: 2/3 QB, LPDDR4xDaşıyıcı: 32/64 QB, e-MMC 5.1, 512 QB-dək “microSD” yaddaş kartı dəstəyiƏsas kamera: 13 mp (f/2.2) + 2 Mp (dərinlik sensoru)Ön kamera: 5 mpAkkumulyator: 4500 milliamper/saat, 5 vatlıq enerjidoldurmaTəhlükəsizlik: arxa tərəfdə barmaq izləri skaneriRabitə: “Dual LTE”, “Wi-Fi 802.11n”, “Bluetooth 5.0″,”GPS/AGPS”, “QLONASS”, “Beidou”

Konnektorlar: “micro-USB”, 3,5 mmƏməliyyat sistemi: “Android 10” (32 bit)Əlavə: “Google Assistant”ın çağırılması düyməsiÖlçüsü: 165,85 x 76,30 x 8,69 mmÇəki: 189 qr

İstinadlar ict news