“HMD Global” şirkəti yeni “Nokia 2.3” smartfonunu rəsmən təqdim edib. Yeni qurğu “Android One” proqramı bazasında hazırlanıb.

Yeni “Nokia 2.3” smartfonu təmiz “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Bundan başqa, cihaz əvvəlki modellə müqayisədə daha güclü texniki xüsusiyyətlərə malikdir.

Smartfon 720×1520 piksel təsvir ölçülü 6,2 düymlük ekran, 5 meqapiksellik ön kamera, həmçinin 13 və 2 meqapiksellik modullardan ibarət ikiqat əsas kamera ilə təchiz edilib. Akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edir.

Smartfon “MediaTek Helio A22” prosessoru, 2 QB əməli və 32 QB daxili yaddaşa malikdir. Qurğu, həmçinin “4G LTE”, “Wi-Fi” (802.11 b/g/n), “Bluetooth 5.0”, “GPS” və “QLONASS”, FM radio, “micro USB” portuna və qulaqlıqlar üçün standart konnektora malikdir. Qiyməti 109 avro təşkil edəcək “Nokia 2.3” smartfonu dekabrın ortasında satışa çıxarılacaq.

Emil Hüseynov

İstinadlar ict news