Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə hazırdır.

Bu barədə o, AFP-yə açıqlamasında bildirib.

“Müvəqqəti hökumətə rəhbərlik etməyimi istəyən etirazçıların etimadı məni təsirləndirib. Mən həmişə siyasətdən uzaq durmuşam, amma bu gün Banqladeşdə ölkəm və xalqımın cəsarəti naminə hərəkət etmək lazımdırsa, mən bunu edəcəyəm”, – o deyib.

Yunus Banqladeşdə azad seçkilərin keçirilməsinə çağırıb: “Müvəqqəti hökumət sadəcə başlanğıcdır. Yekun sakitləşmə yalnız azad seçkilərdən sonra olacaq. Seçkilər olmasa, heç bir dəyişiklik olmayacaq”.

Daha əvvəl “The Daily Star” qəzeti Yunusun Banqladeşdə müvəqqəti hökumətin müşaviri olmağa razılaşdığını yazmışdı.

İstinadlar Report