Ədəbiyyat üzrə Nobel mükafatçısı Olga Tokarçkun Polşadakı mənzili qarət edilib.

Bu barədə “Zet” radiosu xəbər yayıb.

“Şənbə günündən bazar gününə keçən gecə Vroçlav Krik rayonunda yerləşən mənzilə qarət məqsədilə naməlum şəxslər daxil olub. Rəsmi olmayan məlumata görə, mənzil Nobel mükafatı laureatı, polşalı yazıçı Olqa Tokarçuka aiddir”.

Yazıçının hazırda Polşadan kənarda yaşadığı qeyd olunub.

Radio bildirib ki, naməlum şəxslər evdən müxtəlif valyutalarda olan pulları oğurlayıblar.

İstinadlar Report