
Nizami Rayon İcra Hakimiyyətinin və Missiya Media Qrupunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün 30 may 2023-cü il tarixində “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir” adlı bayram tədbiri keçirilib.
Onlara cansağlığı, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb.
Coşqun Cəbrayılov qeyd edib ki, Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.
Tədbirdə həmçinin, şəhid və qazi övladlarına göstərilən hərtərəfli qayğı və diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə uşaqlar üçün əyləncəli-musiqili proqram nümayiş olunub, şəhid və qazi övladlarına hədiyyələr verilib.