Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid Orxan Əsgərovun ata evində keçirilən yas mərasimində iştirak edib.

Mərasimdə, həmçinin Türkiyənin və Gürcüstanın Gəncədəki Baş konsulları Recep Öztop və Nikolos İaşvili, Gəncə ŞİH başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Niyazi Bayramov şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərova başsağlığı verib və törədilən terror aktının araşdırılmasının şəxsən ölkə rəhbərliyinin nəzarətində olduğunu bildirib.

Xatırladaq ki, yanvarın 27-si Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, səfirliyin mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb. Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-u Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda, diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Şəhid Orxan Əsgərov yanvarın 30-u İkinci Şəhidlər xiyabanında dəfn edilib.







İstinadlar Qafqazinfo