Gəncə şəhər Şəhidlər xiyabanında 2022-ci ilin mart ayında Laçında itkin düşərək həlak olan hərbçi Abdullayev Firdovsi Mais oğlunun dəfn mərasimi keçirilib.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki vitse-konsulu Özkan Büktel, RİH-nin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 09.02.2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlu və 23.05.2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb. 

Onların nəşinin qalıqları bu il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb. Hər iki hərbçinin donaraq vəfat etdiyi məlum olub.






İstinadlar Qafqazinfo