Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatik pasportu ötən ilin 10 noyabrında ölkə hökumətinin binasında soxulan şəxslər tərəfindən oğurlanıb.

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “Armenpress” agentliyinə bildirib.

Hökumətin binasından ümumilikdə 14 diplomatik pasport oğurlanıb, onların hamısı etibarsız hesab edilib.

“Bu pasportlar arasında baş nazirin də diplomatik pasportu vardı”, – Naqdalyan deyib.

İstinadlar Report