Ermənistanın baş naziri Nikol Paşiyna paytaxt Yerevanın Mərkəz rayonundakı məhkəmə binasının qarşısına toplaşan etirazçılara qoşulub.

Məlumatı “Newsarmenia” yayıb.

“Çağırışıma səs verdiyiniz üçün hamınıza təşkkür edirəm. Hamınza baş çəkə bilmədiyim üçün məni bağışlayın. İslanmadığınıza, islansanız da xəstələnməyəcəyinizə ümid edirəm. Gəldim ki sizi sevdiyimi və sizinlə fəxr etdiyimi deyim”, – Nikol Paşinyan vurğulayıb.

O əlavə edib ki, yerli vaxtla saat 12-də edəcəyi çıxışında vacib olanları söyləyəcək.

Qeyd edək ki, Ermənistanda məhkəmə binalarının qarşısında etiraz aksiyaları keçirilir. Binalara gişir-çıxışlar bağlanıb.

İstinadlar Report