Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada səfərdədir.

Məlumatı “Sputnik Armenia” yayıb.

Bildirilib ki, o, Avrasiya İqtisadi İttifaqının (Aİİ) hökumətlərarası Şurasının 41-ci toplantısında iştirak edəcək.

Qeyd edək ki, şuranın ilk iclası 2015-ci il yanvarın 1-də keçirilib. Qurumun 40-cı yığıncağı 2024-cü il oktyabrın 1-də İrəvanda olub. Aİİ-yə Ermənistan sədrlik edir. Ondan sonra bu missiya Belarusa veriləcək.

Məlumata görə, iclasda Aİİ ölkələrinin baş nazirləri inteqrasiyanın daha da dərinləşdirilməsi məsələləri nəzərdən keçiriləcək.Energetika, sənaye və elektron ticarətin inkişafı sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.

İstinadlar Report