“Mən Vahan Kerobyana istefa verməyi yasaqlamışam”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı söyləyib.

“Yalnız mən hansı nazirin nə qədər işləyəcəyinə qərar verəcəyəm”, – hökumət başçısı vurğulayıb.

Qeyd edək ki, Ermənistanın iqtisadiyyat naziri V.Kerobyan bildirib ki, iqtisadiyyatın ikiqat artımı proqnozu özünü doğrultmasa, vəzifəsindən istefa verəcək. Daha sonra o, bu sözlərini “zarafat” adlandırıb.

İstinadlar Report