Nikaraquada əvvəllər müxtəlif cinayətlərə görə məhkum edilmiş 135 nəfər vətəndaşlıqdan məhrum edilib.

Bu barədə ölkənin Ali Məhkəməsi məlumat yayıb.

“Manaqua dairəsi Apellyasiya Məhkəməsinin Birinci Cinayət Palatası Nikaraqua xalqının suverenliyinə, müstəqilliyinə qəsd edən, zorakılığı, nifrəti, terrorizmi təbliğ edən, sülhü, təhlükəsizliyi və konstitusiya quruluşunu pozan cinayət əməllərinə görə məhkum edilmiş 135 nəfərin Nikaraqua vətəndaşlığından məhrum edilməsini nəzərdə tutan məhkəmə qərarı çıxarıb”, – məlumatda deyilir.

İstinadlar Report