Nigeriyanın orta-qərb bölgəsindəki Kvara ştatının Basita şəhərindən keçən magistral yolda ötən gün axşam içərisində 18 nəfər olan “Toyota Hiace” mikroavtobusu ilə konteyner daşıyan “DAF” yük maşını toqquşub.

Hadisə nəticəsində hər iki sürücü daxil olmaqla 17 nəfər ölüb, yük maşınında olan 2 nəfər ciddi xəsarət alıb.

Federal Yollar Təhlükəsizliyi Korpusundan verilən məlumata görə, qəzaya səbəb qarşı-qarşıya gələn iki nəqliyyat vasitəsinin kəskin viraja sürət həddini aşaraq girmələri olub.

İstinadlar Report