
Nigeriyanın iqtisadi mərkəzi olan Laqosda tikintisi tamamlanmamış çoxmərtəbəli bina uçub.
Şahidlər çoxlu sayda zərərçəkənlərin olduğunu bildirirlər.
Hadisə aprelin 19-da səhər saatlarında Ocodu rayonunda baş verib. Uçqun altında həm işçilər, həm də təsadüfi yoldan keçənlər qalıb.