Nigeriya ordusunun 30 əsgəri “Boko Haram” terror təşkilatının silahlıları tərəfindən pusquya düşüblər.

Bu barədə Nigeriyanın “Vanguard” qəzeti məlumat yayıb.

Məlumata görə, ordu karvanına ölkənin şimal-şərqində yerləşən Borno əyalətindən hücum edilib. Silahlılar pusqudan hərbi yük maşınlarına qumbaraatanlardan atəş açıblar.

Nəşrin əldə etdiyi ilkin məlumata görə, 16 hərbçi öldürülüb, lakin sonradan bu rəqəm 30-a yüksəlib.

Ordunun əsgərləri arasında itkin düşənlər də var.

İstinadlar Report