Nigeriyada terror aktı törədilib.

Bu barədə Dövlət Təcili Yardım İdarəetmə Agentliyində əməliyyat rəhbəri Osman Kaçalla məlumat verib.

Hadisə Nigeriyanın şimal-şərqində, Borno ştatının mərkəzi Maiduquri şəhərinin 38 kilometrliyindəki Konduqa yaşayış məntəqəsində qeydə alınıb. Ard-arda üç partlayış nəticəsində 30-dan artıq sakin ölüb, 40-dən artıq yaralı var.

Yerli futbol fanatlarının oyuna baxmaq üçün toplaşdığı salonda üç intiharçı-kamikadze terrorçu tərəfindən törədilən partlayışlar nəticəsində 17 nəfər yerindəcə ölüb.

İstinadlar Report