Nigeriyada hərbi təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub – VİDEO

Nigeriyada Hərbi Hava Qüvvələrinin “King Air 350” təyyarəsinin qəzaya urğaması nəticəsində 7 nəfər həlak olub.
Bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin tvitter səhifəsində bildirilir.
“Nigeriyanın Hərbi Hava Qüvvələrinin “Beechcraft KingAir B350″ təyyarəsinin Minnuda uçuşun gedişatında mühərrikin dayanması haqqında xəbərlərdən sonra Abudji aeroportuna qayıdarkən qəzaya urğamasını təsdiqləyirik. Fövqəladə xidmətlər artıq hadisə yerindədir. Təəssüf ki, göyərtədə olan yeddi hərbi xidmətçinin hamısı həlak olublar”, – paylaşımda bildirilir.
Ölkənin Hərbi Hava Qüvvələrinin qərargah rəisi müdiri dərhal faciənin araşdırılmasına başlamaq barədə göstəriş verib.
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib – VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.
Komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin sülh və müharibə şəraitində komandir keyfiyyətlərinin əsasını təşkil edən mənəvi-psixoloji dayanıqlığının qorunmasına və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.
Tabor, divizion komandirləri və müavinləri ilə keçirilən komandir hazırlığı məşğələlərində 44 günlük Vətən müharibəsində iştirak edən bölmələrin döyüş təcrübəsini özündə əks etdirən praktiki fəaliyyətlər imitasiya edilib.
Tabor və divizionlarda taktiki-sıra məşğələlərinin təşkili və hazırlanması metodikası göstərilib, düşmənin kiçik ölçülü pilotsuz uçuş aparatlarına və dronlarına qarşı mübarizənin üsul və vasitələri nümayiş etdirilib, praktiki fəaliyyətləri icra edən minaatan batareyaları simulyator minaatanlarından atışlar keçiriblər.
Müasir tank texnikalarının gecə şəraitində döyüşdə tətbiqi ilə minalı sahələrdən, süni və təbii maneələrdən keçməklə atəş tapşırıqlarını yerinə yetirməsi praktiki olaraq göstərilib.
Komandir hazırlığı məşğələlərinə cəlb edilmiş zabitlərdən müxtəlif ixtisas və fənlər üzrə məqbullar qəbul edilib.
Məşğələlərin yekununda bildirilib ki, zabitlərin bölmələri idarəetmə vərdişlərinin təkmilləşdirilməsində, müxtəlif silah sistemlərindən və silahlanmaya yeni daxil edilmiş hərbi texnikalardan istifadə bacarıqlarında, məşğələ və təlimlərin keçirilməsi üzrə hazırlıqlarında müsbət nəticələr əldə edilib.
Ödəmə terminalını oğurlayıb qəbirstanlığa apardılar – Video

Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində quraşdırılan içərisində 3953 manat pul vəsaiti olan “E-manat” ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb.
Ödəmə terminalını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Məmməd Kazımov və Emil Həmzəyev saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib k, bu şəxslər oğurluğa M.Kazımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə gediblər. Hadisədən əvvəl onlar avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirmək üçün Sabunçu rayonunda başqa bir “Chevrolet” markalı nəqliyyat vasitəsinin nömrələrini oğurlayıblar. Daha sonra idarə etdikləri avtomobilə həmin dövlət qeydiyyat nişanlarını bağlayaraq Binəqədi rayonunda qeyd edilən oğurluq hadisəsini töərədiblər. M.Kazımov və E.Həmzəyev ödəmə terminalını Masazır qəsəbəsi ərazisində yerləşən qəbirstanlığın ərazisində yararaq içərisində olan pulu ələ keçiriblər. E.Həmzəyev hadisədən sonra oğurlanan pulun bir qismi ilə özünə məxsus “Khazar” markalı avtomobilin kredit borcunu ödəyib.
Qeyd edək ki, saxlanılan şəxslərin marketdən ödəmə terminalını oğurladığı anlar müşahidə kameraları vasitəsi ilə anbaan qeydə alınıb.
Bu şəxslərin ətraflarında araşdırma aparılan zaman onların elə həmin gün Nəsimi rayonunda yerləşən mağazalardan birindən 400 manat oğurladıqları məlum olub.

Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı – Video

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları Azərbaycanın gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısını alıblar.
DGK-dan verilən məlumata görə, İdarənin Narkotiklərlə mübarizə şöbəsinə əvvəlcədən daxil olan məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində, Bakı şəhəri Nəsimi rayonu ərazisində Azərbaycan vətəndaşı idarə etdiyi “Kia Sorento” markalı nəqliyyat vasitəsində olan siqaretləri şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa yük yerində 5 ədəd karton qutuların içərisində Azərbaycana məxsus aksiz markası olmayan 1470 qutu “Parliament Silver Blue”, 1030 qutu “Parliament Agua Blue” markalı siqaretlər həmçinin, avtomobilin arxa yük yerinin döşəməsinin altında olan zavod konstruksiyasında nəzərdə tutulmayan boşluqdan 990 qutu “Marlboro Touch”, 20 qutu “Sobranıe superslims less smoke smell”, 4 qutu “Marlboro touch less smell” markalı siqaretlər aşkar edilib.
Avtomobilin sürücüsü şifahi sorğu-sual zamanı Abşeron rayonu, Masazır qəsəbəsində qohumunun yaşadığı fərdi yaşayış evində əlavə olaraq Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan siqaretləri saxladığını bildirib.
Dərhal əməliyyat tədbirləri davam etdirilərək qeyd edilən əraziyə baxış keçirilib, daha 8 ədəd karton qutularda Azərbaycan Respublikasının müvafiq aksiz markası ilə markalanmayan 1000 qutu “Parliament Silver Blue”, 500 qutu “Parliament Agua Blue”, 1980 qutu “Marlboro touch” və 500 qutu “Marlboro double mix” markalı siqaretlər aşkar edilib.
Bununla da, hüquqpozma predmeti olaraq, ümumilikdə 7494 qutu xarici markalı siqaretlər aşkar edilərək götürülüb.
DİN-dən quzu gəzdirənlər haqda açıqlama – VİDEO

Daxili İşlər Nazirliyi dünən axşam saatlarında Bakının mərkəzində quzuya uşaq bezi taxaraq gəzdirən iki gəncin saxlanılması ilə bağlı məsələyə münasibət bildirib.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, həmin şəxslər quzu gəzdirdiklərinə görə yox, insanların toplaşmasına səbəb olduqları üçün şöbəyə aparılıblar: “Həmin şəxslərə izah olunub ki, xüsusi karantin rejimi qaydalarının pozulmasına yol verə biləcək hərəkətlər qadağandır. Pandemiya dövründə insanların sıx toplaşmasına səbəb olan hərəkətlər etdiklərinə görə ərazidən uzaqlaşdırılıblar.
Onlarla profilaktik söhbət aparılıb və sərbəst buraxılıblar. Həmin şəxslər cərimə edilməyib”.
Bakıda quzuya uşaq bezi taxıb gəzdirdilər, polis saxladı – Video

Bakının mərkəzində maraqlı hadisə baş verib.
Iki gənc quzuya uşaq bezi taxaraq mərkəzi küçələrdə gəzdiriblər.
Bu zaman onları polis əməkdaşları saxlayıb. Hadisə şahidlərinin sözlərinə görə, həmin gənclər polis bölməsinə dəvət olunublar.
Sözügedən video sosial şəbəkələrdə də geniş yayılıb. Gənclərin əməlində intizam məsuliyyəti olub-olmadığı müzakirələrə səbəb olub.
“Şuşa da, Qarabağ da Azərbaycanındır” – Ermənidən etiraf+Video

“Şuşa bizim şəhər olmayıb. Oranı əsgərləri ilə birlikdə sparapetlər zəbt etmişdi”.
Bunu ötən gün Ermənistanın Respublika meydanındakı mitinqində Baş nazir Nikol Paşinyanın tərəfdarlarından biri deyib.
“Əlbəttə, Şuşa da, Qarabağ da Azərbaycanındır”, – deyə aksiyanın qadın iştirakçısı bildirib. Onun bu açıqlaması sosial medianın Ermənistan seqmentində geniş yayılıb.
Füzulinin daha bir kəndindən – Video

Müdafiə Nazirliyi Füzuli rayonunun Üçbulaq kəndindən videogörüntülər paylaşıb.
“Qafqazinfo” həmin videogörüntüləri təqdim edir:
Üç medal alan qazi sağlamlığına qovuşub ailəsinə dəstək olmaq istəyir – VİDEO

Azərbaycanın ərazi bütövlüyü uğrunda Silahlı Qüvvələrimizin bölmələrinin əks-hücum həmlələri ilə başlayan, işğalda olan torpaqlarımızın azad olunması nəticələnən II Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstərən igid oğullarımızdan biri də Murad Əhmədovdur.
“Report”un Yuxarı Şirvan bürosunun əməkdaşları qazinin yaşadığı Kürdəmirin Qağacılı kəndindəki evinə baş çəkib və Vətən müharibəsi könüllüsü Murad Əhmədovla həmsöhbət olublar.
Murad İlqar oğlu Əhmədov 17 noyabr 1998-ci ildə Qağacılı kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Muradın da müqəddəs hesab etdiyi vətən qarşısındakı borcu – hərbi xidmətə yollanıb. Həqiqi Hərbi Xidmətini başa vurduqdan sonra təxris edilib. Xidməti dövründə nizam-intizamı və vətənpərvərliyi ilə komandir və rəislərinin diqqətini cəlb edən Murad yoldaşları arasında da böyük hörmət qazana bilib.
Murad Əhmədov II Qarabağ müharibəsinin ilk günlərindən könüllü olaraq ön cəbhədə döyüşlərə başlayıb. Ağdam, Füzuli, və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edən Murad düşmənin xeyli sayda texnikası və canlı qüvvəsini məhv edib. O, Xocavənd istiqamətində gedən ağır döyüşlər zamanı yaralanıb.
Aldığı ağır yara səbəbindən hazırda yeriməkdə çətinlik çəkir. O, yenidən əvvəlki sağlamlığına qovuşmaq və işləyib ailəsinə maddi dəstək olmaq istəyir. Ümid edir ki, aiddiyyatı qurumlar qəhrəman qazimizə də diqqət ayıracaqlar.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
“Rusiya düşmənimizdir, 100 ildən çoxdur Ermənistanı işğal edib…” – Video

Sərbəst fəaliyyət göstərən (freelancer) amerikalı jurnalist Patrik Lankaster özünün YouTube kanalında Yerevandan reportajları davam etdirir.
P. Pankasterin növbəti reportajı ötən gün martın 1-də axşam Yerevanda yürüş-mitinq keçirən “Sasna tsrer” millətçi-terrorçu qruplaşmasının üzvləri barədədir. Həmin qruplaşma əslində Nikol Paşinyanın siyasi müttəfiqləridir, amma dünən axşam Yerevanda hakimiyyət və müxalifət tərəfdarlarından ayrıca aksiya təşkil etmişdi.
Patrik Lankaster millətçi marşların sədaları altında yürüş edən “Sasna Tsrer” üzvlərindən birini sorğu-suala tutur:
– Deyin, burada nə baş verir?
– Bilmirəm, bu tədbiri ingiliscə necə adlandırmaq olar. Lakin siz əhəmiyyətini görürsünüz. Biz azadlığımız uğrunda yürüşə çıxmışıq, çünki bizim ölkəni Rusiya işğal edib, bu yaxınlarda isə üstəlik Azərbaycan tərəfindən işğal edilib…
Həmin millətçi erməni əlavə edir ki, Ermənistan 100 ildən artıqdır rus işğalı altındadır. O, Rusiyanı üstəlik “arsaxı Azərbaycana verməkdə” ittiham edir. “Ona görə də bizim etirazımız Rusiya işğalına qarşıdır”,-erməni nasist vurğulayır.
Əlavə edir ki, küçənin o tərəfindəki hər iki mitinq (müxalifət və hökumət tərəfdarlarının mitinqi) Rusiyanın maraqlarını təmsil edir. Onların etirazı isə “erməni xalqının yeganə səsidir”.
– Siz hesab edirsiniz ki, Ermənistan üçün Rusiyasız daha yaxşı olacaq?
– Bəli, Rusiya Ermənistanın düşmənidir və bizim ölkəmizi 1920-ci ildə işğal edib. Biz müstəqil ölkə idik və beynəlxalq ictimaiyyət tərəfindən tanınmışdıq, onlar isə bizi işğal etdilər.
– Axı bir çox ermənilər Rusiyanı sevir?!
– Bəli, çünki onlar işğal altındadırlar. Onlar (ruslar) hər şeyə nəzarət edir, maliyyə işlərinə, orduya. Bir çox razılaşmalar imzalanıb və nəticədə bizim müdafiə sistemimiz çöküb. Bu müharibədə erməni silahları ilə bağlı çoxlu problemlər ortaya çıxdı. Paşinyan dedi ki, bir çox silahlar ümumiyyətlə işləmədi. Cəmi 10 faiz işləyə bildi (Paşinyanın “İsgəndər”lər haqda məlum bəyanatını nəzərdə tutur), bu da onu göstərir ki, Rusiya düşməndir.
Həmin erməni özünü “Sasna Tsrer” qruplaşmasının da daxil olduğu “Milli demokratik ittifaq” adlı hərəkatın üzvü kimi təqdim edir. Bildirir ki, onlar Qaregin Njdenin (erməni faşisti və müasir Ermənistan dövlətinin ideoloji atası) heykəlinin qarşısına toplaşıblar, “Rusiya işğalına son qoyulmasını” tələb edirlər…
Azərbaycanla Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək – Video

Azərbaycan və Türkiyə kino sahəsində əməkdaşlığa hazırlaşır.
Bu barədə Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov “TRT Haber”ə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, müharibədə qəhrəmanlıq göstərən əsgərlər barədə film çəkiləcək:
“30 il işğal altında olan torpaqlarımızı azad etdik və savaşda qəhrəman əsgərlərimizin şücaətini daha təsirli səviyyədə göstərmək üçün kinolara ehtiyac var. Bu məqsədlə türk qardaşlarımız və istehsalçı şirkətlər ilə ortaq layihələr həyata keçirməyi çox istəyirik. Türkiyənin bu sahədəki təcrübələrindən Azərbaycan da istifadə edəcək”.
Bundan əlavə, A. Kərimov vurğulayıb ki, işğaldan azad edilən torpaqlarda tarixi abidələrin bərpası prosesi də Türkiyə ilə birgə həyata keçiriləcək.
Oğurluq edərkən kameraya düşdü – VİDEO

Binəqədi rayonunda avtomobillərin maqnitafonlarını və binaların girişlərində saxlanılan velosipedləri oğurlayan şəxslər saxlanılıblar.
Əvvəlcə vətəndaş Məhərrəm Kazımov tutulub. Araşdırma zamanı onun 2 avtomobildən klə yanaşı 3 ədəd velosipedi ələ keçirərək satdığı məlum olub. M.Kazımovun törətdiyi sonuncu velosiped oğurluğu ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.
Analoji cinayətlər etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Faiq İsmayılov da saxlanılıb. Onun Binəqədi rayonunda ümumi dəyəri 1800 manat olan 3 ədəd velosiped oğurladığı məlum olub.
Xocavəndin Düdükçü kəndinin görüntüləri – VİDEO

Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndindən videogörüntülər yayıb.
“Report” görüntüləri təqdim edir:
“Şəmkir” SES-in su anbarı qəzalı vəziyyətdən çıxarılır – Video

Azərbaycanın ikinci böyük su elektrik stansiyası olan “Şəmkir” Su Elektrik Stansiyasının su anbarında yaranan təhlükəli problemin aradan qaldırılması istiqamətində “Azərenerji” təxirəsalınmaz işləri davam etdirir.
verilən məlumata görə, 40 il əvvəl tikilən su anbarının daşmaması, yağıntı zamanı yığılan artıq suyun buraxılaraq suyun səviyyəsinin tənzimlənməsi üçün tikilmiş su tullayıçı qurğu 2003-cü ildən bəri qəzalı vəziyyətə düşüb.
Çünki hər biri 160 metr uzunluqda olan üç bloklu yeraltı su tunelinin döşəməsində, tavanında, orta aşırımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəldiyindən və beton qatları qırıldığından güclü su sızması hər an qurğunun uçmasına və daşqına səbəb ola bilərdi. Buna görə də, ötən ildən başlayaraq sutullayıcı qurğuda təmir işlərinə başlanılıb. Bu çətin və xüsusi dəqiqlik tələb edən iş “Azərenerji” mütəxəssisləri ilə yanaşı yerli şirkət tərəfindən həyata keçirilir. Hazırda su tullayıcı qurğunun giriş başlığında, hər 3 tunellin içərisində və qurğunun genişləndirilmiş çıxış hissəsində yenidənqurma, bərkitmə, betonlama və təmir işləri aparılır və işin 90 faizi görülüb. İşlərin bu ilin aprel ayında yekunlaşdırılması nəzərdə tutulub.
Bununla yanaşı “Şəmkir” SES-in hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqatın ehtiyat hissələri dəyişdirilib, 330 kV-luq blok avtotransformatoru əsaslı təmir olunub. Bununla “itirilmiş” güc bərpa olunaraq, dayanıqlıq və etibarlıq artırılıb. Planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, təsirlənmə və SCADA dispetçer idarəetmə sistemlərinin, tezliyin o cümlədən aktiv gücün avtomatik tənzimlənməsinin yenidən qurulması nəzərdə tutulub.
RBK-nın xüsusi müxbiri: “Ağdamda sanki nüvə partlayışı olub” – VİDEO

“Azərbaycanın Qarbağın bərpasına, ilk novbədə də burada infrastrukturun bərpasına çox ciddi yanaşdığını görürəm. Həyatın bərpa olunması çox gözəldir”.
Bunu “Report”aAzərbaycanın erməni işğalından azad edilmiş rayonlarına səfər etmiş Rusiyanın RBK telekanalının xüsusi müxbiri Artyom Patyomin deyib.
Jurnalist gördüklərinin yaratdığı təəssüratlardan danışıb: “Uzun zaman burada heç nə olmayıb. Ağdamda elə təəssürat var ki, sanki nüvə partlayışı olub. Demək olar, heç bir ev salamat qalmayıb. Təəssüratlar ən məyusedicidir, axı həyatsız şəhərə necə baxmaq olar?! Ağdamdan məcburi şəkildə köçkün düşən şəxslərlə görüşmüşəm. Onlar kiçik vətənlərini göz yaşları ilə xatırlayırlar və qayıtmağı çox istəyirlər. Ümid edirəm ki, sizdə hər şey alınacaq, şəhər bərpa olunacaq və onlar geri qayıda biləcəklər”.
Minaatan batareyaları döyüş atışlı təlimlərin növbəti mərhələsini icra edib – VİDEO

2021-ci ilin döyüş hazırlığı planına əsasən, minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Minaatanlar təlim prosesinin növbəti mərhələsini müvəffəqiyyətlə icra edib.
Evindən 1 kq heroin və silah tapıldı – Foto – VİDEO

Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən külli miqdarda heroin və silah aşkar edilib.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, əvvəllər məhkum olunmuş vətəndaş Şahin Mahmudov Ramana qəsəbəsi ərazisində tutulub. Onun üzərindən ümumilikdə 4 qrama yaxın narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin 1ədəd elektron tərəzi aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Mahmudovun yaşadığı evdə satış məqsədi ilə əldə etdiyi killi miqdarda heroin olduğu da müəyyən olunub. Onun mənzilinin zirzəmisinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 100 qram olan heroin və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.
Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o tutularaq istintaqa cəlb olunub.
Həmçinin baxın
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib – VİDEO
Üç medal alan qazi sağlamlığına qovuşub ailəsinə dəstək olmaq istəyir – VİDEO
“Rusiya düşmənimizdir, 100 ildən çoxdur Ermənistanı işğal edib…” – Video
Minaatan batareyaları döyüş atışlı təlimlərin növbəti mərhələsini icra edib – VİDEO
Ermənistanda etiraz aksiyaları – Paşinyanın istefası tələb olunur + Video
Bakı meri küçələrin qardan gec təmizlənməsinin səbəbini açıqladı – Video
“Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər” – İlham Əliyev + Video
İlham Əliyev: “Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır” – VİDEO
Bosniya və Herseqovinanın “O Kanal” televiziyası Ağdamdan reportaj hazırlayıb – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla