
Nigeriyanın şimal-şərqində avtobusun minaya düşməsi nəticəsində azı 8 nəfər ölüb, 21 nəfər yaralanıb. İlkin məlumata görə, hadisə Mayduquri-Damboa avtomobil yolunda (Borno ştatı) baş verib.
Bu barədə “Vanguard” qəzeti məlumat yayıb.
Partlayıcı qurğunun “Boko Haram” ekstremist qruplaşmasının terrorçuları tərəfindən yola qoyulduğu güman edilir. Avtobus hərbçilərin mühafizəsi altında şəxsi və kommersiya maşınlarından ibarət karvanın tərkibində hərəkət edirdi.