Nigeriya Hərbi Hava Qüvvələri ölkənin şimal-şərqində əməliyyat keçirərək radikal qruplaşmaların 70-dən çox yaraqlısını bir gün ərzində məhv edib.
Bu barədə Nigeriya Müdafiə Nazirliyinin media üzrə direktoru general-mayor Edvard Buba paytaxt Abucada keçirilmiş brifinqdə bildirib.
“Borno ştatında Kvallaram və Araina-Siki adalarında terrorçuların mövqelərinə zərbələr endirilib, 70-dən çox döyüşçü öldürülüb”, – o qeyd edib.
Müdafiə idarəsinin nümayəndəsi diqqətə çatdırıb ki, Nigeriya Silahlı Qüvvələrinin döyüşçüləri məhv etmək üçün göstərdiyi səylər “nəticə verir”.