Nigeriya Silahlı Qüvvələrinin bölmələri ölkənin şimal-şərqində terrorçuların bazasını dağıdaraq 34 yaraqlını öldürüb.

Bu barədə “Leadership” qəzeti məlumat yayıb.

“Ümumilikdə 34 terrorçu məhv edilib, 23 avtomat müsadirə olunub. Çoxlu sayda sursat ələ keçirilib”, – Nigeriya Ordusunun Baş Qərargahının ictimaiyyətlə əlaqələr xidmətinin direktoru general-mayor Edvard Buba deyib.

O, həmçinin əməliyyat zamanı altı hərbçinin həlak olduğunu bildirib.

Antiterror əməliyyatı Borno ştatında keçirilib. Hərbçilərə yerli özünümüdafiə dəstələrinin döyüşçüləri fəal dəstək göstəriblər.

İstinadlar Report