Nigeriya ordusu Borno ştatında “Boko Haram” qruplaşmasının azı 40 terrorçusunu zərərsizləşdirib.

Bu barədə yüksək vəzifəli hərbçi yerli KİV-ə bildirib.

Qeyd edilir ki, hava zərbəsi döyüşçülərin Konduqa rayonunda görüşməsi zamanı endirilib.

“Boko Haram” 2000-ci illərin əvvəllərində yaradılıb. 2009-cu ildən etibarən 20 mindən çox insan ekstremist təşkilatın qurbanı olub.

Qruplaşma 2015-ci ildən Kameruna, Çada və Nigerə hücumlar təşkil edir. Çad gölü ərazisində azı iki min nəfər terrorçuların qurbanı olub.

İstinadlar Report