Nigerin keçmiş prezidenti Mamadu Tandja 82 yaşında dünyasını dəyişib.

Bu barədə RFI radiosu bildirib.

“Respublikanın prezidenti və hökuməti Niger Respublikasının sabiq prezidenti Mamadu Tandjinin noyabrın 24-də Niameedə ölümü haqqında təəssüflə bildirirlər”, – Niger hakimiyyətinin bəyanatında deyilir.

Tandjinin ölüm səbəbi açıqlanmır. Ölkədə üçgünlük matəm elan edilib.

İstinadlar Report