Niger Ordusunun azı 10 hərbi qulluqçusu Petelkol yaşayış məntəqəsində (ölkənin cənub-qərbində, Burkina Faso ilə sərhəd yaxınlığında-red) yaraqlıların hücumu nəticəsində həlak olub.

Bu barədə AFP agentliyi xəbər yayıb.

Hücumlar motosikletlərlə hərəkət edən bir qrup terrorçu tərəfindən törədilib. Toqquşma nəticəsində daha yeddi hərbçi yaralanıb.

İstinadlar Report