
Nigerin Tilliberi regiondakı ciddi rejimli həbsxanadan terrorçuluqda təqsirli bilinən bir neçə məhbus qaçıb.
Bu barədə “ActuNiger” portalı məlumat yayıb.
Ölkənin yeganə ciddi rejimli həbsxanası paytaxt Niameydən 50 kilometr məsafədə olan Kutukale şəhərində yerləşir.
Daxili İşlər Nazirliyi qaçan məhbusların sayını dəqiqləşdirməsə də, onların üsyan qaldırdığı məlumdur.