Niger ordusunun Mali ilə sərhəddə pusquya düşərək öldürülən əsgərlərinin sayı 29-a çatıb.

Qeyd edilir ki, öldürülənlərin sayı arta bilər.

Daha əvvəl Niger hökumətinin nümayəndəsi bildirib ki, hücum ölkənin cənub-qərbindəki Tillaberi regionunda, Tonqa-Tonqa şəhəri yaxınlığıında olub. Pusquya 52 əsgər düşüb. Onlardan yalnız 22-i iki saatlıq döyüşdən sonra bazaya qayıtmağa nail olub.

Daha əvvəl bildirilirdi ki, hücum zamanı 17 əsgər həlak olub, 10-dan çox hərbi qulluqçu itkin düşüb.

İstinadlar Report