Nigerin şimalında, ABŞ-ın bölgədəki ən böyük hərbi-hava qüvvələri bazasının yerləşdiyi Aqadez şəhərində Amerika qoşunlarının dərhal çıxarılması tələbi ilə nümayiş keçirilib.

Bu barədə “Agence France-Presse” məlumat yayıb.

Qeyd olunub ki, bir neçə yüz etirazçı ABŞ qoşunlarının Nigerdən çıxarılmasını tələb edən plakatlarla yanaşı, Niger, Burkina Faso, Mali və Rusiyanın dövlət bayraqları qaldırılıb.

Etiraz aksiyasını Nigerin hazırkı hakimiyyətini dəstəkləyən 24 vətəndaş cəmiyyəti birliyi təşkil edib.

İstinadlar Report