
Niger Milli Neft Şirkəti ölkənin cənub-şərqindəki səhrada ilk kəşfiyyat işlərinə başlayıb.
Bu barədə Nigerin Baş naziri Əli Mahaman Lamin Zeyn bildirib.
Onun sözlərinə görə, 1977-ci ildə yarandığı gündən Milli Neft Şirkətinin fəaliyyəti əsasən neft məhsullarının marketinqi ilə məhdudlaşıb: “Bu gün o, xam neft və qazın kəşfiyyatına və istismarına başlayır”.