Bu gün Nigerdən Fransaya uran və qızıl ixracının dayandırılması barədə məlumat yayılıb.

Bu barədə Britaniyanın BBC korporasiyası xəbər yayıb. Məlumata görə, bu qərarı yeni hakimiyyət orqanları qəbul edib.

Niger dünyada uran istehsalına görə yeddinci yerdədir.

Qeyd edək ki, iyulun 26-da Nigerdə hərbçilər çevriliş edib. General Abdurəhman Çiani özünü Vətənin Xilası Milli Şurasının sədri elan edib. Onlar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüblər. Onun sağ-salamat olduğu vurğulanır.

İstinadlar Report