Niger Respublikası Prezidentinin Ofisi, ölkənin və ABŞ-nin Müdafiə nazirliklərinin nümayəndələrinin qarışıq komissiya çərçivəsində Amerika qüvvələrinin bu il sentyabrın 15-dək Nigerdən çıxarılması barədə razılığa gəldiklərini açıqlayıb.

Qeyd edilir ki, tərəflər 15 sentyabr 2024-cü ildən gec olmayaraq başa çatacaq ABŞ qoşunlarının çıxarılması qaydası barədə razılığa gəldilər.

“Bu hərbi müzakirələr tam şəffaflıq və tərəflərin qarşılıqlı hörməti ilə baş verib”, – Niameydə yayımlanan kommünikedə bildirilir.

Bildirilir ki, hər iki tərəf Amerika qüvvələrinin çıxarılması prosesində qorunması və təhlükəsizliyinin təminatlarını təsdiqləyib. ABŞ hərbi təyyarələrinin uçuşları və enişləri də daxil olmaqla Amerika hərbçilərinin hərəkətini asanlaşdıran prosedurlar da razılaşdırılıb.

İstinadlar Report