Bu ilin iyul ayında Niderland Krallığından Azərbaycana su sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndəlindən ibarət ticarət missiyası səfər edəcək.

Bunu “Report”a Niderland Krallığının Azərbaycandakı səfirliyinin baş müşaviri Şəhla Balakişiyeva deyib.

Onun sözlərinə görə, iyulda Niderland Krallığının su məsələləri üzrə səfiri Azərbaycana gələcək: “Sözügedən ticarət missiyası səfirin səfəri çərçivəsində təşkil ediləcək”.

“Niderlandın su şirkətləri Azərbaycanda 2000-ci ildən aktivdirlər. Biz onların burda daha da fəal olmağını istəyiik, jna görə də ticarət missiyası təşkil olunacaq”, -deyə Ş. Balakişiyeva qeyd edib.

O əlavə edib ki, Bakıda Su İnnovasiya Forumun təşkili nəzərdə tutulur: “Niderland öz bilik və bacarıqlarını forumda panel müzakirələri çərçivəsində paylaşmaq istəyir”.

İstinadlar Report