Niderlandın Rotterdam şəhərinin hakimiyyəti “3D” printerdə tullantılardan hazırlanan çap edilmiş yeni körpü quraşdırmağı planlaşdırır.

Uzunluğu 6,5 metr təşkil edəcək körpünün 2020-ci ilin sonunda Kralinqs Bos parkında, 1975-ci ildə qurulan hazırkı taxta körpünün yerində tikilməsi nəzərdə tutulur.

Mütəxəssislərin sözlərinə görə, 2100-cü ilədək istifadə ediləcək yeni körpü obyektin vəziyyəti haqqında məlumatların toplanılması və onların tikilinin “rəqəmli oxşarı”na ötürülməsi üçün xüsusi sensorlarla təchiz olunacaq.

Körpünün istismar müddəti başa çatdıqdan sonra onun bütün materialları təkrar emal edilərək istifadə olunacaq.

Nizam Nuriyev

İstinadlar ict news