Niderlandda polislə etirazçılara qarşı xidməti itlərdən istifadə edib, xəsarət alan var – VİDEO

Niderland Krallığının paytaxtı Amsterdamda polislə koronavirus məhdudiyyətlərinə etiraz edən aksiyaçılar arasında bir neçə toqquşma baş verib.
Bundan əvvəl Amsterdam bələdiyyəsi, prokurorluq və polis təşkilatçıların tədbirin təhlükəsiz keçirilməsini təmin etməkdən imtina etdiyinə görə yanvarın 2-də şəhərdə COVID-19 ilə mübarizə məhdudiyyətlərinə qarşı nümayişi qadağan edib Bu, iştirakçıların sayının 3,5 minə qədər məhdudlaşdırılmasını nəzərdə tuturdu. Bununla belə, təşkilatçılar 25 000 insanın iştirak edəcəyini gözlədiklərini və şəhər boyu yürüş etmək niyyətində olduqlarını bildiriblər.
Aksiya zamanı polis etirazçılara qarşı xidməti itdən istifadə edib. Qeyd edilir ki, qarşıdurma zamanı azı 1 nəfər xəsarət alıb.
Obyektdən oğurluq edərkən tutuldu – Video

Nəsimi rayonunda yerləşən obyektlərdən birinin mis naqillərini kəsərək oğurlayan şəxs mühafizə polisləri tərəfindən saxlanılıb.
Xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin elektrik naqillərini kəsərək oğurlayıb qaçmasının şahidi olublar. Polislər hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Asif Əbdürrəhmanovu saxlayaraq ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil veriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir. Həmin şəxsin paytaxt ərazisində digər analoji cinayətlər törədib-törətmədiyi araşdırmaların yekunundan sonra məlum olacaq.
Qeyd edilib ki, bu ilin 5 ayı ərzində Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində mühafizə olunan müxtəlif obyektlərdən ümumilikdə 8 oğurluğa cəhd edilib. Bu cəhdlərin qarşısı idarənin əməkdaşları tərəfindən alınıb. Həmin hadisələr üzrə və ümumən ictimai asayışı pozan 12 nəfər saxlanılaraq ərazi üzrə polis şöbə və bölmələrinə təhvil verilib.
Bundan başqa, hesabat dövründə Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində 1 nəfərin intihar etmək cəhdinin qarşısı alınıb.

Yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırıldı – Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində “Az Steel Company” MMC-yə məxsus ərazidə istismara yararsız yük gəmisində aparılan doğrama işləri ilə əlaqədar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
– obyektin ərazisi, doğrama işləri aparılan sahələr neft və mazut tullantılarından təmizlənməyib;
– açıq alovun tətbiqi ilə işlər icra edilərkən yanar konstruksiyaları qığılcımlardan qorumaq üçün obyektin ərazisi gəzdirilən çəpərlərlə hasarlanmayıb;
– açıq od ilə icra edilən iş yerləri, qaynaq aqreqatları və transformatorların qurulduğu yerlər 5 metr radiusda hər cür yanar materiallardan təmizlənməyib;
– obyektin ərazisində elektro-qaz qaynaq işləri zamanı nasaz cihazlarla işləmək qadağan edilməyib;
– obyektin ərazisində yanğın baş verdikdə zəruri davranış qaydaları və yanğının söndürülməsinin təşkilinə dair tədbirlər görülməyib;
– obyektin yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə (təlimatla) yanğına qarşı rejim müəyyənləşdirilməyib;
– obyektdə elektrik enerjisinin kəsilməsi halları nəzərə alınaraq, xidməti heyət ehtiyat elektrik generatoru ilə təmin edilməyib;
– obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində “Az Steel Company” MMC-yə məxsus ərazidə istismara yararsız doğranmaqda olan yük gəmisində işlərin dayandırılması barədə Qərar qəbul olunub.
İlham Əliyev və Mehriban Əliyevanın Zəngilana səfərindən – Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda səfərdə olublar.
“Qafqazinfo” səfərdən videonu təqdim edir:
“Yolumuz Zəngilanadır…” – Mehriban Əliyeva video paylaşdı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər.
Mehriban Əliyeva öz instaqram hesabında video paylaşaraq bildirib:
“Yolumuz Zəngilanadır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
FHN subasma hadisələri ilə bağlı məlumat yaydı – VİDEO

Son günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçməsi, intensiv yağıntıların düşməsi səbəbindən bir sıra yaşayış məntəqələrində bəzi ərazilər subasmaya məruz qalıb.
Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal ərazilərə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlər həyata keçirilib:
“Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında Nazirliyin qüvvələri tərəfindən Bakı şəhərinin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, Gəncə və Yevlax şəhərlərində, Qəbələ rayonunun Nohurqışlaq kəndində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri görülüb”, deyə, məlumatda qeyd edilib.
Daşan çaydan belə xilas olundu – Video

Ağçay çayının Xaçmaz rayonu, Şıxhaput kəndi ərazisindən keçən hissəsində baş vermiş sel nəticəsində bir nəfər vətəndaş minik avtomobilində köməksiz vəziyyətdə qalıb.
Dərhal əraziyə Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yağan güclü yağışlarla əlaqədar Ağçay çayının Xaçmaz rayonu, Şıxhaput kəndinin ərazisindən keçən hissəsində suyun səviyyəsinin sürətlə qalxması səbəbindən Xaçmaz rayon sakini 1971-ci il təvəllüdlü Dadaşov Namiq Akif oğlunun idarə etdiyi “Niva” markalı minik avtomobili çayda qalıb və nəticədə vətəndaş nəqliyyat vasitəsində həyati təhlükəli vəziyyətə düşüb.
Mərkəzin xilasediciləri operativ olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə vətəndaşı çaydan çıxararaq xilas ediblər.
Həcc ziyarətinin qiyməti niyə artıb? – QMİ-dən açıqlama – VİDEO

Son vaxtlar dünyada baş verən qiymət artımı Həcc ziyarəti ilə bağlı məsələlərə də təsir edib.
Bunu ARB 24-ə açıqlamasında QMİ-nin sədr müavini Salman Musayev deyib.
O bildirib ki, Bakıdan gediş-gəliş üçün zəvvarlara çəkilən bütün xərclər 5350 ABŞ dollarına daxildir:
“Səudiyyə Ərəbistanının qəbul etdiyi qərarlar əsasında, qiymətlər xeyli artıb. Hətta zəvvarların sağlamlıq məsələlərinin qorunması da ödənişə daxildir. Əvvəlki illərdə bunların hamısı ödənişsiz idi. Amma bu il bu xərclər də ziyarət səfərinin qiymətinin üzərinə gəlib”.
Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb.
Nərimanovda qazdan qanunsuz istifadə halı aşkarlandı – Video

“Azəriqaz” İstehsalat Birliyin əməkdaşları tərəfindən may ayının 24-ü paytaxtın Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində yerləşən “Bakı 2010” adlı hündür mərtəbəli binanın qazanxanasına baxış keçirilən zaman qanunsuz müdaxilə halı aşkar edilib.
Bu haqda “Qafqazinfo”ya “Azəriqaz”dan məlumat verilib.
Bildirilib ki, kənar müdaxilə aşkar olunduqdan dərhal sonra Birlik əməkdaşları həmin ünvana cəlb olunub. Qaynaq vasitəsilə qanunsuz birləşmə ləğv edilib. Qanunsuz birləşmə ilə bağlı dəymiş ziyanın hesablanacağı və müvafiq addım atılacağı vurğulanıb.
Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin tapşırığı ilə 2021-ci ilin oktyabr ayından İstehlakçılara satılan qaza nəzarət şöbəsinin tabeliyində yaradılan müvəqqəti işçi qrupu, fərdi yaşayış evlərində, hündürmərtəbəli binalarda qaz təsərrüfatına qanunsuz müdaxilə hallarının qarşısını almaq məqsədilə reydlər həyata keçirir.
Bayraktarla pilot arasında maraqlı dialoq – Video

Xəbər verdiyimiz kimi, Bakıda “TEKNOFEST Azərbaycan” festivalına son hazırlıq işləri aparılır.
Orada “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla pilot arasında maraqlı dialoq yaşanıb.
Bayraktar pilota uçuşları barədə sual verib. Pilot onun sualına ətraflı cavab verib.
Pilot, həmçinin Azərbaycanın çox gözəl olduğunu qeyd edib.
Səlcuq Bayraqdar qırıcı təyyarə ilə Bakı səmasında uçuş keçirib – VİDEO

Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuq Bayraqdar qırıcı təyyarə ilə Bakı səmasında uçuş keçirib.
Uçuşlar paytaxt səması ilə yanaşı Xəzər buxtasını da əhatə edib.
Uçuş “Teknofest-2022” festivalına hazırlıq çərçivəsində baş tutub.
İrəvanda Atatürkün portreti erməniləri hiddətləndirib – VİDEO

Ermənistanın paytaxtı İrəvanın küçələrindən üzərində Mustafa Kamal Atatürk və Fateh Sultan Mehmedin portretləri olan yük maşını keçib.
Sosial şəbəkədə hadisə ilə bağlı video yayılıb.
Görüntüləri sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub.
Şamaxının bu kəndlərində elektrik şəbəkəsi yenidən quruldu – Video

Şamaxının ucqar dağ kəndləri olan Səfalı və Kərkənc kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.
Yenidənqurma nəticəsində 25 abonenti olan Səfalı kəndində 1 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 3 km-a yaxın 10 kV-luq, 1 km-dan çox 0,4 kV-luq eleketrik xətti yenilənib.
Şamaxının Kərkənc kəndində də yenilənmə işləri yekunlaşdırılıb. 144 abonenti olan kənd ərazisində müxtəlif güclərdə 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 18 km-a yaxın 10 kV-luq, 5 km-dan çox 0,4 kV-luq elektrik xətti dəyişdirilib.
Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunub.
Şamaxının Səfalı və Kərkənc kəndləri ilə yanaşı, rayonun Mədrəsə qəsəbəsi, Zarat Xeybəri və Ərçiman kəndlərində də yenidəqurma işləri başa çatıb. Ümumilikdə 900-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilib.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.
Xırdalanda bina yandı, sakinlər təxliyə olundu – Video

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın onbirmərtəbəli yaşayış binasının liftinin şaxtasında baş verib və bir qrup vətəndaş mənzillərdə təhlükəli vəziyyətdə qalıb.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülərək alovun genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib. Eyni zamanda, yanğınsöndürənlər tərəfindən xüsusi texnikanın tətbiqi ilə binanın yuxarı mərtəbələrində təhlükəli vəziyyətdə qalmış vətəndaşlar xilas edilib. Ümumilikdə xilasetmə əməliyyatı zamanı 15 bina sakini qatı tüstülənmiş binadan təhlükəsiz yerə təxliyə olunub.
Yanğın nəticəsində liftin şaxtasının arxa hissəsindən keçən kabellər 18 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub.
Vilayət Eyvazov qəbul keçirdi – Video

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 24-25-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.
Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz rayonlarından gələn 72 vətəndaşı qəbul edən nazir onların müraciətlərini dinləyib, problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Daha sonra general-polkovnik V.Eyvazov şimal bölgəsi üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Xidmətə qəbulun şərtlərinə uyğun gələn 101 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 37-si Vətən müharibəsi iştirakçısı, 7-si isə şəhid ailələrinin üzvləri olublar.
Sonda V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə müvafiq tapşırıqlar verib.
“Şahin Mustafayev ermənicə sərbəst danışır..”

Xəbər verdiyimiz kimi, Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Komissiyaya Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev rəhbərlik edəcək. Ermənistan tərəfindən isə ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan bu vəzifəni icra edəcək.
Şahin Mustafayevin bu vəzifəyə təyinatından sonra Ermənistan mediasında onun kimliyi barədə məlumatlar dərc olunmağa başlayıb.
Belə ki, “Hraparak” qəzeti yazır ki, Şahin Mustafayev Ermənistanda doğulub və burada təhsil alıb. Bildirilir ki, Mustafayevlər ailəsi Noyemberyan rayonunun Cucevan kəndində yaşayan yeganə azərbaycanlı ailə olub.
“Şahin Mustafayevin atası Cucevana Azərbaycan kəndlərinin birindən köçüb və mal-qara saxlamaqla məşğul olub. Şahin 1965-ci ildə Ermənistanda anadan olub. 8-ci sinfə qədər kənd məktəbində oxuyub, 9 və 10-cu sinifləri isə Noyemberyanın 2 nömrəli məktəbində təhsil alıb. O, erməni dilində sərbəst danışır, Ermənistan tarixini və diasporunu yaxşı bilir”, – deyə məlumatda qeyd olunub.
Maraqlıdır ki, Ermənistanda fəaliyyət göstərən daha bir media qurumu “Civilnet” 2014-cü ilin fevralında Şahin Mustafayevin Cucevanda yaşadığı dövrlə bağlı “Qızıl medalçı: Şahin Mustafayev” adlı sənədli film hazırlayıb. 2021-ci ildə isə “Caucasus Talks” yutub kanalı sözügedən videomaterialı Azərbaycan dilində titrlə yayımlayıb. Bu filmdə də keçmiş iqtisadiyyat naziri Ş. Mustafayevin təhsili, şəxsi həyatı, hərbi xidmətdə olduğu dövr barədə məlumatlar yer alıb. Qeyd olunur ki, sözügedən kənddə Şahin Mustafayev və ailəsi ilə bağlı xoş xatirələr qalıb.
Bu avtomobil sahiblərinə pul veriləcək – Video

Azərbaycanın avtomobil parkı yenilənəcək. Köhnə və istismar müddətini başa vuran avtomobillər utilizasiyaya göndəriləcək. Bunun əvəzində isə vətəndaşların yeni avtomobillər almaları üçün təşviqat işləri aparılacaq.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ”Xəzər Xəbər”ə müsahibəsi zamanı deyib ki, Azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb.
Layihənin məqsədi yol hərəkəti və ekologiya üçün təhlükəli hesab edilən köhnə nəqliyyat vasitələrinin utilizasiyasıdır.
O qeyd edib ki, hazırda Azərbaycandakı avtomobillərin 80 faizinin istehsal tarixi 10 ildən çoxdur:
Ölkə başçısının tapşırığına uyğun olaraq hazırlanan dövlət proqramının əsas məqsədi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni təşviq etməkdir”.
O əlavə edib ki, istismar müddətini başa vuran, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək.
Nazir müşaviri onu da qeyd edib ki, avtomobil sahibləri maşınını utilizasiyaya göndərməkdə tam sərbəst olacaq. Yəni bu, onların könüllü seçimidir.
Həmçinin baxın
Zakir Həsənov “Qaraheybət”də yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib – VİDEO
“Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün növbəti təlimlər – Video
Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla