Niderland polisi 2021-ci ilin iyulunda tanınmış jurnalist Pieter de Vriesin qətlində əli olmaqda şübhəli bilinən daha bir şəxsi saxlayıb.

Bu barədə Niderland prokurorluğu məlumat yayıb.

Bu, iş üzrə saxlanılan 8-ci şəxsdir. Onun şəxsiyyəti açıqlanmır, lakin onun Niderland vətəndaşı olduğu bildirilir.

De Vriyə sui-qəsd 6 iyul 2021-ci ildə Amsterdamda baş verib. Şahidlər iddia edirlər ki, ümumilikdə ona azı beş atəş açılıb, biri başına dəyib.

İstinadlar Report