Niderland parlamenti müvəqqəti hökumətin ölkədə komendant saatı tətbiq etmək barədə təklifini dəstəkləyib.

Bunu ölkənin əsas qanunverici orqanının saytında dərc edilmiş səsvermənin nəticələri göstərir.

Təbir yanvarın 23-dən qüvvəyə minir. Komendant saatı yerli vaxtla saat 21:00-dan 04:30-dək (Bakı vaxtı ilə saat 00:00-dan 07:30-dək-red.) olacaq.

İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, Niderlandda komendant saatı tətbiq edilir. Qaydanı pozanlar 95 avro məbləğində cərimələnəcəklər.

İstinadlar Qafqazinfo