Niderland polisi COVID-19 epidemiyası ilə mübarizə çərçivəsində ölkə hakimiyyəti tərəfindən tətbiq edilmiş sərt məhdudlaşdırıcı tədbirlərlə əlaqədar Amsterdamda keçirilən etiraz aksiyasında iştiraka görə 100-dən çox insanı saxlayıb.

Bu barədə bazar günü Niderlandın Teleradioyayım Korporasiyası (NTK) bildirib.

Şəhər hakimiyyəti tərəfindən qadağan olunmuş aksiyada ümumilikdə 1,5 min insan iştirak edib. Asayiş keşikçiləri nümayişçiləri dağıtmaq üçün yanğınsöndürmə nasoslarından və dəyənəklərindən istifadə etməli olublar. Aksiya zamanı 100-dən çox insan hüquq-mühafizə orqanlarının əməkdaşları tələblərinə tabe olmaqdan imtinaya görə saxlanılıb.

“Muzey” meydanında nümayişin dağıdılmasından sonra polislə etirazçılar arasında toqquşmalar davam edib. Aksiyaçılar şəhərdə yanğınlar törədiblər.

İstinadlar Report