Niderland məhkəməsi noyabrın 19-da Rotterdamda baş vermiş iğtişaşların iki iştirakçısına 5 ay həbs cəzası verib.

Bu barədə Niderland Yayım Korporasiyası məlumat yayıb.

Həbs edilənlərdən hər ikisinə bir il ərzində Rotterdamın mərkəzində görünmək qadağan edilib.

Etitrazlarda iştirak edən 26 yaşlı gənc qız isə polis maşınına ziyan vurduğuna görə 1 000 avro cərimələnib.

Xatırladaq ki, noyabrın 19-da Rotterdamda koronavirus məhdudiyyətlərinə qarşı nümayiş iğtişaşlara çevrilib, etirazçılar mağazaların vitrinlərini sındırıblar, polis əməkdaşlarına daş atıblar. İğtişaşlar zamanı azı 4 polis maşını yandırılıb.

İstinadlar Report