Niderland Ukraynaya yaralıların daşınması üçün 25 YPR zirehli tırtıllı maşın göndərəcək.

Bu barədə krallığın müdafiə nazirliyinin saytında məlumat verilib.

“Niderland yaralıların daşınması üçün 25 YPR zirehli tırtıllı maşın göndərir… Nazir Ruben Brekelmans bu gün Ukrayna üzrə əlaqə qrupunun (UDCG) görüşü zamanı bunu elan edib”, – nazirlikdən bildirilib.

Qeyd olunub ki, Niderland artıq Ukraynaya vəd edilmiş T-72 tanklarının sonuncusunu, həmçinin F-16 qırıcılarının yeni partiyasını təhvil verib.

İstinadlar Report