Niderland Ukraynaya uzaqdan idarə olunan zirehli maşınlar göndərəcək.

Bu barədə Niderlandın Müdafiə Nazirliyinə məlumat verilib.

Nazirlik qeyd edib ki, belə zirehli texnika ekipajın silahı içəridən idarə etməsinə imkan verir və döyüş meydanında atəş dəstəyi təmin edə bilir. Krallığın müdafiə naziri Kaysa Ollonqren bildirib ki, zirehli maşın Ukrayna üçün çox vacibdir:

“O, manevr qabiliyyətinə malikdir, qoşunları sürətlə hərəkət etdirə bilir və kəşfiyyat, hücum və müdafiə məqsədləri üçün istifadə olunur. Uzaqdan idarə olunan silahlar atıcıya əlavə təhlükəsizlik təmin edir”.

İstinadlar Report