Niderlandın Karakasdakı səfirliyi bir neçə həftə gizli şəkildə Venesuela müxalifətinin lideri Edmundo Qonsales Urrutiaya sığınacaq verib.
Sənəddə qeyd edilib ki, Qonsales Urrutia iyulun 28-də keçirilən seçkilərdən qısa müddət sonra müvafiq sorğu ilə diplomatik missiya ilə əlaqə saxlayıb. Xarici siyasət rəsmilərinin kiçik bir qrupu ilə məsləhətləşdikdən sonra Veldkamp müxalifətçiyə “yaşıl” işıq yandırıb.