Niderland parlamenti Rusiyanı terrorun himayədarı olan dövlət kimi tanıyıb və onun Ukraynadakı hərəkətlərini terrorizm adlandırıb.

Bu barədə “Trouw” portalı məlumat yayıb.

“Nümayəndələr Palatası Ukraynadakı müharibəyə görə Rusiyanı terrorizmin himayədarı kimi tanıyır”, – bəyanatda deyilir.

Qərar partiyaların əksəriyyəti tərəfindən dəstəklənib.

Bundan başqa, partiyaların böyük əksəriyyəti hökumətin humanitar, diplomatik və hərbi sahədə Ukraynaya dəstək siyasətini bəyəniblər.

İstinadlar Report