Nəzir qutusundan pul oğurlayan tutuldu

Cəlilabad rayonunda məscidin həyətindəki nəzir qutusundan oğurluq edilib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məsçidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Mahmudov saxlanılıb.

Araşdırma aparılır. 

İstinadlar Qafqazinfo

Nəzir qutusundan pul oğurlayan tutuldu

Salyanda məsciddə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 2-də Dayıkənd kənd məscidinin nəzir qutusundan pul oğurlamaqda, habelə 2 ədəd nəzarət kamerasını və sərinkeşi sındırmaqda şübhəli bilinən kənd sakini M.Abbasov saxlanılıb.

İstinadlar Qafqazinfo