
İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair, Fransa Prezidenti Emmanuel Makronun X platformasında paylaşdığı “HƏMAS-sız bir Fələstin dövlətini tanımağa, HƏ” mesajına cavab olaraq ona qarşı sərt ifadələr işlədib.
Makron son günlər dəfələrlə bildirib ki, Fransa yaxın vaxtlarda Fələstin dövlətini tanıya bilər.
Yair Netanyahu ona cavab olaraq X-də belə yazıb:
“Si*dir!” ….“Yeni Kaledoniyanın müstəqilliyinə HƏ! Fransız Polineziyasının müstəqilliyinə HƏ! Korsikanın müstəqilliyinə HƏ! Bask vilayətinin müstəqilliyinə HƏ! Fransız Qvineyasının müstəqilliyinə HƏ! Fransanın Qərbi Afrikadakı yeni imperializminə SON!”