İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi bildirib ki, hazırda ölkə hakimiyyəti Fələstin dövlətinin yaradılması ilə bağlı müzakirələri qəbul etmir.

Bu barədə Baş nazirin Dəftərxanasının sözçüsü Avi Hayman bildirib.

“İndi Fələstin Milli Administrasiyası HƏMAS-ın oktyabrın 7-də törətdiyi hücumu pisləyənə qədər Fələstin xalqına hədiyyələr barədə danışmağın vaxtı deyil”, – “The Times of Israel” onun sözlərini sitat gətirib.

“İndi qələbənin, HƏMAS üzərində tam qələbənin vaxtıdır”, o vurğulayıb.

İstinadlar Report